Samuxda qanunsuz silah saxlayan şəxs tutuldu

161

Samuxda qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qarabağlılar kənd sakini Rüstəm Allahverdiyevdən 1 ədəd “Toz” markalı, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.