Putin Əliyevi bu sözlərlə xarakterizə etdi

189

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Sosialmedia.az xəbər verir ki, bununla bağlı Kremlin saytı məlumat yayıb.

“Mən yoldaşlığımızı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, mənalı dialoqu və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişafından, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram”, – məktubda qeyd olunub.

Putin bildirib ki, İlham Əliyev həmvətənləri arasında və beynəlxalq aləmdə müdrik və təcrübəli dövlət xadimi kimi nüfuza malikdir, hətta ən çətin situasiyalarda belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadirdir.