Türkiyədən Qarabağ açıqlaması: Fərqli proses gedir

115

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.

Sosialmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

“Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb”.