AVP sədri,millət vəkili Fəzail Ağamalı dünya azərbaycanlılarını təbrik etdi

277

Dəyərli həmvətənlər!

Sizi, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, əmin-amanlıq, ailə xoşbəxtliyi və fəaliyyətinizdə uğurlar arzulayıram.

Yola saldığımız 2021-ci il dövlətimiz və xalqımız üçün olduqca əlamətdar oldu. Vətən müharibəsində qazandığımız Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızın bərpası və quruculuq işlərinə start verildi. Və bu baxımdan əhəmiyyətli addımlar atıldı. Qısa zaman kəsiyində böyük sürətlə yeni infrastruktur yaradıldı, Fizulidə Beynəlxalq səviyyəli Hava Limanı tikilib istifadəyə verildi.

Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyip Ərdoğan və Cənab Prezident İlham Əliyev tərəfindən Şərqi Zəngəzur dəhlizinə aparan Horadiz-Ağbənd avtomobil yolunun təməli qoyuldu.

2021-ci ildə Azərbaycanın süverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına xidmət edən üç sənədin imzalanması hüquqi bazanın yaradılması baxımından diplomatik uğur kimi ciddi əhəmiyyət daşıdı. 2020-ci ildə tarixi Zəfərimizin yaratdığı yeni reallığa və 2021-ci ildə bu reallığın məntiqinə söykənən addımların atılması, əminəm ki, 2022-ci ildə bizə yeni-yeni uğurlar gətirəcək, seperatçıların və vandal toplumun tör-töküntülərinin ölkəmizdən çıxarılması başa çatacaq və bütün Qarabağ bölgəsində suverenliyimiz tam həll olunacaq, bayrağımız dalğalanacaqdır.

Əziz həmvətənlər!

Bir daha Sizi, əlamətdar günlər münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafında və güclənməsində verəcəyiniz töhvələrdə uğurlar diləyirəm.

Fəzail Ağamalı
Milli Məclisin deputatı
Ana Vətən Partiyasının sədri
31 Dekabr 2021-ci il