Deputatımız İrəvanda hərbi əsirlərdən danışdı

133

Bütün hərbi əsirlər, bütün saxlanılan şəxslər müharibə bitdikdən sonra Ermənistana təhvil verilib.

Sosialmedia.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

“Hazırda mühakiməsi davam edən şəxslər müharibədən sonra tutulublar. Bütün bu tədbirlər beynəlxalq hüquqa uyğun olaraq keçirilir.

Mən daha Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 000 azərbaycanlıdan bəhs etmək istəmirəm. Onlar əsir götürülüb, öldürülüblər. Bu məsələ Avropa İttifaqı ilə də müzakirə edilib”, – deputat vurğulayıb.