Bakıda bina çökdü: xəsarət alanlar var

433

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.