Britaniya Rusiya gəmilərinə də qadağa qoyur

111

Böyük Britaniya hökuməti Moskvanın Ukraynada başlatdığı əməliyyat fonunda Rusiyaya qarşı növbəti sanksiyalar çərçivəsində Rusiya gəmilərinin Britaniya limanlarına daxil olmasını qadağan etmək imkanını nəzərdən keçirir.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Qardian” qəzeti yazıb.

“Rusiyaya bağlı gəmilərin Böyük Britaniyada limana yanaşa biləcəyi ilə bağlı narahatlıqlardan xəbərdarıq. Biz onların girişini məhdudlaşdırmaq yönündə tədbirlərin siyahısını yaratmaq üçün sürətlə işləyirik”, – məlumatda qeyd olunub.