BMT Ukrayna böhranının həllinə cəhd belə etmədi

120

Reallıqda Qərb ölkələri BMT Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyətin həllinə belə cəhd etmədilər.

Sozialmedia.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Biz Şurada konstruktiv həll yolu tapmaq cəhdinin eyhamını belə görmədik. Rusiyanın mövqeyindən yan keçmək, ona məhəl qoymamaq cəhdi BMT Nizamnaməsinin özü ilə ziddiyyət təşkil edir. Qərb tərəfdaşlarımız bundan nə qədər yayınmağa çalışsalar da, biz bu cür sxemləri sıxışdırmamalı, ortaq nöqtələr axtarmalıyıq”, – o bildirib.