Ukraynadan maşınla qayıdanlara DSX güzəşt edəcək

157

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Ukraynadan hava və quru yolla ölkəyə qayıdan Azərbaycan vətəndaşları, eləcə də onların xarici ölkə vətəndaşları olan ailə üzvlərinin dövlət sərhədindən buraxılışında heç bir problem olmayacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Maya Şərifova deyib.

O bildirib ki, COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər sözügedən şəxslərə şamil edilməyəcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi də saytımızın sorğusuna cavab olaraq şəxsi avtomobilləri ilə Ukraynadan Vətənə gələn soydaşlarımızın ölkəyə girişində problem olmayacağını bildirmişdi.