Gədəbəy rayonuna güclü qar yağıb

162

Gədəbəy rayonuna güclü qar yağıb.

Sosialmedia.az xəbər verir ki, ucqar kəndlərə təxminən 70 sm, rayon mərkəzinə isə 50 sm qar düşüb.

Qar gecə saatlarından başladığı üçün yollar qismən buz bağlayıb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Yolların qardan təmizlənməsi istiqamətində iş gedir.

Həmçinin Daşkəsənin dağ kəndlərinə də 70 sm qar düşüb.

Hər iki rayonda qeyri-sabit hava şəraiti davam edir.