Biləsuvarda iki kənd işıqsız qaldı – Səbəb

148

Biləsuvar rayonunun iki kəndi elektrik enerjisiz qalıb.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarından etibarən rayonun Nərimankənd və Səmədabad kəndlərində hazırda elektrik enerjisi yoxdur.

Biləsuvar Elektrik Şəbəkəsindən bildirilib ki, Nərimankəndin elektrik transformatorunda qəza baş verib.

Qeyd olunub ki, bu kəndlərin elektrik təminatı daşıyıcısı xətti eynidir. Yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb. Qəzanın aradan qaldırılması üçün işlər aparılır, yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.