Gənclərin peşə təhsilinə marağının artırılmasına dəstək verilməsi mövzusunda tədbir keçirib

125

Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müasir Gənclik və Social İnkişaf İctimai Birliyi Qarabağ iqtisadi rayonunda gənclərin peşə təhsilinə marağının artırılmasına dəstək verilməsi mövzusunda tədbir kecirib.

Tədbiri acıq elan edən təşkilat sədiri Etibar Əsədov bildirmişdir ki, peşə seçimi insan həyatının müəyyən olunmasında ən vacib məsələlərdən biridir. Hər bir insan müəyyən yaş həddinə çatdıqda gələcək həyatı barədə düşünməli olur və həyat yolunu davam etdirmək üçün peşə seçimi qərarı verir: “Bəziləri ata-babasının sənətini davam etdirməyi, bəziləri yeni bir işlə məşğul olmağı seçir. Ali təhsil, yoxsa hansısa sənətlə məşğul olmaq seçimi qarşısında olanlar bu zaman bir neçə suala cavab verməli olurlar. Bu zaman həm insanın arzuları və imkanları, həm ətrafdakıların tövsiyyə və təşviqləri kimi daxili və xarici amillərin təsiri özünü göstərir. Əldə edəcəyi bilik və bacarıqlardan səmərəli istifadə, iş tapmaq kimi amilləri də göz ardına almaq olmaz. Şübhəsiz ki, dövlət orqanları ilə bərabər, ictimai təşkilatlar, kooperativlər, ayrı-ayrı vətəndaşlar təhsilin inkişafına yaxından kömək edir, onun yeniləşməsinə şərait yaradır”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasını Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi agentliyinin nümayyəndəsi Xatirə Bəşirova Agentlik haqqında məlumat verdi sonra isə lahiyyənin icrası ilə baglı lahiyyə iştiracları ilə fikir mübadiləsi apardı.