Bakının mərkəzində partlayışın başvermə səbəbi

122

Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda baş verən güclü partlayışın səbəbi məlum olub.

Sosialmedia.az xəbər verir ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.

Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.