Britaniya səfiri Azərbaycana başsağlığı verdi

141

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda gecə klubunda partlayışla əlaqədar Azərbaycana başsağlığı verib.

Sosialmedia.az xəbər verir ki, bu barədə səfir Tvitterdə paylaşım edib.

“Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar insan itkisinə görə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin hamısına şəfa diləyirəm”, – o qeyd edib.