Prezident daha bir səfirin etimadnaməsini qəbul etdi

163

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.