Metroda qatar dayandırıldı: sərnişinlər təxliyə edildi

196

Bakı metrosunda “Həzi Aslanov-İçərişəhər” istiqamətində hərəkət edən qatardan sərnişinər təxliyə edilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, buna səbəb qatarın sonuncu vaqonunda qoxunun yaranması olub:

“Qatara baxış keçirilib. Hər hansısa texniki problemin olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb. Qoxu aradan qalxdıqdan sonra həmin qatar xəttdə işini davam etdirəcək”.