QHT “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsini icra edir

194

Ölkəmizə bir daha heyran olduq!
“Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini icra edir.

Layihə Azərbaycanda xarici ölkə vətəndaşları və qaçqın statusu almış əcnəbi şəxslərin, miqrantların yerli şəraitə inteqrasiyası və davamlı həll yolu kimi qaçqınların məskunlaşdıqları ölkənin təbəəliyinə keçməsi məsələlərinin öyrənilməsi, həmçinin ana dilimizin gözəlliyini, tariximizi, mədəniyyətini tanıtmaq məqsədilə silsilə şəkildə tədbirlərin keçirilməsidir. 22 may 2022-ci il tarixdə layihənin icrası Qoşa qala qapısının önündən başladı . “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyinin sədri Dəyanət Həsənovun dəvəti ilə Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı da iştirakçılardan biri idi.

Layihənin rəhbəri Dəyanət Həsənov iştirakçıları qarşılayaraq layihə barədə məlumat verdi.

Layihə icraçılarına maraqlıydı, əcnəbilər Azərbaycanı necə tanıyırlar. Həmsöhbət olmaq istədik.

Layihənin təlimçisindən xahiş edik ki, dəstək olsun, onlarla ünsiyyət quraq.İlk sualı vermişdik ki, qarşımızdakı iki gənc dilimizdə cavab verdilər.

Azca ləhcə hiss olunurdu. Düşündük ki, bizimkilərdilər. Çaşqınlığımızı anladılar, dedilər ki, əfqandılar, tələbədilər. Azərbaycanı çox sevirlər.Beləcə səfər iştirakçıları ilə ünsiyyət qurduq.

İçərişəhəri xeyli gəzdik. İştirakçılar qeyd etdilər ki,bu məkanın hər daşı tanışdı. Zaman itirmədən Balaxanı kəndinə getməyi təklif etdik.

Layihə çərçivəsində ayrılmış xüsusi avtobusda tanışlığımız bir qədər də dərinləşdi.İştirakçilarin sırasında qeyd etdiyimiz kimi, əfqanlar, pakistanlılar, iranlılar,türklər vardı. Balaxanı kəndinə çatdıq və çoxumuz ilk dəfə buranı gördüyümüzdən bu məkan hər kəsin heyrətinə səbəb oldu. Hər küçədə ayrı-ayrı hisslər keçirdik.

Düşündük ki, İnşallah işğaldan azad olunmuş torpaqlarda da belə maraqlı layihələr həyata keçər. Əcnəbilərin təəsüratları böyük oldu.

Geriyə, şəhərə qayıtdıq.Yemək, çay-kofe masası düzənlənmişdi. İştirakçılar qeyd etdilər ki, Azərbaycan mətbəxini çox sevirlər.

İnsanları da mehribandılar. Beləliklə “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsinin maraqlı bir tədbirini arxada qoydu.

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı dəvətə görə və maraqlı layihə icra etdiklərinə görə QHT rəhbəri Dəyanət Həsənova minnətdarlığını bildirdi.