Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

158

“Mayın birinci ongünlüyünün sonuna kimi ölkə ərazisində yağıntılar davam edəcək”.

Sosialmedia.az bildirir ki, Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün paytaxtda ərzində yağış yağacaq: “Axşam yağıntının kəsəcəyi gözlənilir”.

O qeyd edib ki, mayın 10-da gün ərzində paytaxtda yağmursuz hava şəraiti davam edəcək, mülayim cənub küləyi əsəcək.