Hərbi vəzifəlilərin təlim toplanışından – Fotolar

210

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən N hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

Sosialmedia.az bildirir ki, Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.