Şuşada Beynəlxalq Media Forumu başladı

217

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

Sosialmedia.az xəbər verir ki, forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər də var.

Qeyd edək ki, onlar iyulun 22-də Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq forumda iştirak edəcəklər.

***

Nümayəndə heyəi artıq Şuşadadır.

***

Beynəlxalq Media Forumü öz işinə başlayıb.