Yekaterinburq-Bakı aviareysi bərpa edilir

156

İyulun 31-dən Rusiyanın “İraero” şirkəti Yekaterinburq-Bakı aviareysini bərpa edəcək.

Sosialmedia.az xəbər verir ki, uçuşlar həftəni çərşənbə və bazar günləri, “SSJ-100” markalı təyyarələrlə həyata keçiriləcək.

Xatırladaq ki, Yekaterinburq və Bakı arasında uçuşlar bu ilin mart ayından dayandırılmışdı.