Əcnəbi səyahətçilərin Zəngilana səfəri başlayıb

137

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın əcnəbi səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.

Sosialmedia.az “Report”a istinadən əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (“Most Travelled People”- red.) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyahətçilər ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar. Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.