“Şanlı Vətənim Azərbaycan!” layihəsinin icrasına start verildi

122

Sosialmedia.az xəbər verir ki, “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblərində “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsinin təşkili” layihəsini həyata keçirir.Layihənin ideyası Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ etmək,yeni yetişən nəslin milli-mənəvi dəyərlərimizi öyrətmək, bədii-estetik zövqlərinin formalaşdırılmasını düzgün yönləndirməkdir. Layihənin hazırlıq işləri başa çatdı. Sumqayıt orta məktəbləri arasından 3 məktəb seçildi: 23 №-li,11 №-li və 36 №-li tam orta məktəbləri.Seçilmiş məktəblərdə xor kollektivləri təşkil ediləcəkXorda 5-9-cu siniflərdən ibarət 15 şagird iştirak edəcək.Xor kollektivlərinin məşqləri təşkil olunacaq.