“Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi 255 saylı məktəbdə davam edib

139

26 Oktyabr 2022-ci il tarixində  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu    Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən     «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsi çərçivəsində  tədbir keçirilmişdir.

«Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsi  Maştağa qəsəbəsində 5 ümumtəhsil məktəblərinin hər birində 30 nəfər (oğlan və qız) olmaqla ibtidai sınıf şagirdlərinin,  cəmi 150 nəfər, maarifləndirilməsinə istiqamətlənmişdir.

Layihə sentyabr- noyabr ayları müddətində icra olunur.

Tədbirdə layihənin rəhbəri Namiq Nəcəfov, 255 № li tam orta məktəbin direktoru Mətanət Məmmədova, Sabunçu rayon DYP idarəsinin rəis müavini polis kapitanı  Elmar Əbilov, polis inspektoru Emin Ağayev, Vətən müharibəsi qazisi Səccad Cəfərov, şəhid anası Gülxar Abdullayeva, sinif müəllimi Gülsüm Məmmədovanın yetirmələri – 4 «d» sinif şagirdləri , sinfin valideyn komitəsinin sədri Püstəxanım Məmmədova, məktəbin  VIII sinif  şagirdlərindən ibarət könüllülər qrupu, valideynlər  iştirak etmişdir.

255 № li tam orta məktəbin direktoru M.Məmmədova tədbir işrtirakçılarını salamlamış və onlara təhlükəsiz həyat arzulamışdır.
Tədbirdə  Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla anılmışdır

Layihə rəhbəri N.Nəcəfov «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsi barədə çıxış etmişdir. O, donor təşkilat barədə  məlumat vermiş, məktəblilərin yol-nəqliyyat hadisələrindən qorunmasında və maarifləndirilməsində  bu  layihənin əhəmiyyətini xüsusilə  qeyd etmişdir. Sonra, dördüncülər yol hərəkətinin təhlükəsizlik qaydalarına  dair süjetli, rollu, hərəkətli, öyrədici oyun nümayiş etdirmişlər. Şagirdlər situativ  «yol-nəqliyyat qəzası» cəhnəciyini canlandırmışlar.  Onlar çıxışlar etmiş, şeirlər söyləmiş, mahnılar oxumuşlar.

«Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsinin 30 nəfər iştirakçısının hər birinə  hədiyyə dəstləri təqdim edilmişdir.
Tədbirdə  video və foto çəkiliş aparılmışdır.

«Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsinin icrası  Maştağa qəsəbəsində, tədris ocaqlarında davam  edir.
Fotolar


Paylaş