Lənkəranda ev yanıb: Ana və övladı xəsarət alıblar

217

Lənkəran rayonunun Digah kəndində ev yanıb, iki nəfər xəsarət alıb.

Sosialmedia.az “Report”a istinadən verdiyi xəbərə görə, hadisə 1976-cı il təvəllüdlü Natavan Sənan qızı Hüseynovaya məxsus olan evdə baş verib.

Ev sahibi və övladı – Hüseynova Nigar Emin qızı yanğından xilas olmaq üçün özlərini ikinci mərtəbədən aşağı atarkən xəsarət alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.