Sağlamlıq imkanları məhdud insanlara diqqət qayğı ilə ölçülür

191

Sağlamlıq imkanları məhdud Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan şagirdlər buraya müxtəlif diaqnozlarla daxil olurlar.

Şagirdlərimiz nəqədər müxtəlif olsada onları birləşdirən bir ümumi cəhət var-müxtəlif sahələrdə istedadları və bacarıqları.

Bəziləri bu sahələrdə xüsusi istedadları ilə fərqlənir.Maşamız( daun sindrom ),Nərmin rəqs etməyi,Elnarə-Gülnarə bacıları rəsmi,Maqsud mahnı oxumağı,Aləm qarmonda ifa etməyi,Könül xalça toxumağı,Gülsüm Saleh,Emil şüşə üzərində boya ilə rəsm işləməyi çox sevir.

Məktəbimizdə belə istedadlı şagirdlərimizin olması bizləri sevindiri.Robotina layihəsində- şagirdlərimiz qeyri adi bacarıqları ilə aktiv iştirak edirlər.

Həftənin 6-ci gününü səbirsizliklə gözləyirlər.Şagirdlərimiz bu günə qədər Helekopter.

Pelikan marsa uçan bir uşaq,Maylo casus robotunu böyük həvəslə hazırladılar.

Layihədə iştirak edən şagirdlərimizin aktivliyi onların məntiqi düşünmə bacarığının yüksək olmasına göstərir.Birlikdə komanda ilə işləmə bacarığını formalaşdırır.

Bir dövlətin gücü ,qüdrəti onun sağlamlıq imkanları məhdud insanlara diqqət qayğısı ilə ölçülür.

Əslində bu layihədə məktəbimizin şagirdlərinin iştirakı onların inklüziv cəmiyyətə inteqrasiyası ,normal şagirdlərlə bu cür layihələrdə iştirakı onlara inamın əlamətidir,Dövlətin təhsil sahəsində tətbiq etdiyi strategiyanın uğurlu tətbiqinin göstəricisidir.

Bir şeyi diqqətinizə çatdirim ki,bizim bəzi şagirdlərimiz həm də valideyn himayəsindən məhrumdu.Həm təhsil tərbiyə aldiğları ocaq,həm evləridi məktəbimiz.

Məni dünənki mənlə müqayisə et və nələr bacardığıma şahid ol!Bizim şagirdlərimiz hər gün inkişaf edirlər dünənki özlərinə nisbətən istər davranışlarında,istər yaradıcılıq qabiliyyətlərində.