Şəhid ailələrinin kredit borcuna nə qədər pul xərclənib?

443

Şəhid ailə üzvləri və müharibə əlillərinin istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə indiyədək 6 772 442.30 manat vəsait xərclənib.

Sosialmedia.az xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətlər üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib:

“Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 manat borc ləğv edilib”.