QHT sədrindən açıqlama- General Volkov azərbaycanlı aksiyaçıların yanına gəlir

169

Bu gün səhərdən Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

Sosialmedia.az xəbər verir ki, etirazçıların tələbi Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsidir.

Aksiyada iştirak edən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin verdiyi məlumata görə, artıq yaxın dəqiqələrdə Volkovun əraziyə gəlməsi gözlənilir.