Abşeronda sexdə yanğın olub, iki nəfər xəsarət alıb

206

Abşeronda sexdə yanğın olub.

Sosialmedia.az bildirir ki,  Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Xırdalan şəhərində ümumi sahəsi 40 kvadratmetr olan məişət avadanlıqlarının təmiri sexinin içərisində bir ədəd masa yanıb.

Yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb. Sex yanğından mühafizə olunub, yanğın  söndürülüb.