Qarlı hava ilə bağlı AZAL-dan açıqlama

117

Hava şəraitinin dəyişməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində fəaliyyətini davam etdirir.

Sosialmedia.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

“Uçuşların gediş-gəlişində heç bir gecikmə yoxdur. Hava şəraitinin pisləşməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu adi rejimdə fəaliyyətini, eləcə də təyyarələrin qəbulunu və göndərilməsini davam etdirir”, – məlumatda qeyd olunub.