Son 2 gündə Qarabağda 212 mina aşkarlandı

168

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

Sosialmedia.az bildirir ki, ANAMA-dan Axar.az-a bildirilib ki, yanvarın 5-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.