“Aztelekom”un rəhbəri dəyişdi

93

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Aztelekom MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan Bakı Telefon Rabitəsi MMC-yə (“Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.