Qırğızıstan XİN rəhbəri başsağlığı verdi -ÖZƏL

180

Sosialmedia.az xəbər verir ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramova zəng edən Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, Səfirliyimizin əməkdaşının bu xain terror aktı nəticəsində həyatını itirməsini dərin kədər hissi ilə qeyd edərək, öz başsağlığını çatdırıb.

Nazir Ceyhun Bayramov başsağlığına və həmrəylik nümayişinə görə öz həmkarına təşəkkür edərək, Səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarlarının müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə qeyd edib.