Qanları ilə tarix yazan qəhrəmanlarımız- şəhid baş leytenant Zülfi Kərimov

146

Sosialmedia.az saytı olaraq bu dəfə də vətən uğrunda canlarından keçən, tarix yazan oğullarımızdan biri ilə sizləri tanış etmək istərdim. Azərbaycan 30 ildə minlərlə gəncini itirdi. Ancaq öz torpaqlarını, ərazi bütövlüyünü bərpa etdi və o, gənclərin qanları yerdə qalmadı. Azərbaycan ordusu bütün dünyada öz sözünü dedi. Baxmayaraq ki, 30 il öncə əliyalın gənclər öz torpaqlarını yağı düşməndən qorumaq üçün döyüş meydanına atıldılar. Onların çoxu bu gün qalib Azərbaycanın tarix yazan qəhrəman şəhidləridir.

Azərbaycan tarixini qızıl həriflərlə yazan bu dəfə ki, qəhrəmanımız I -ci Qarabağ müharibəsinin könüllü iştirakçısı, kiçik bir kəntdə doğulmuş, Bakı şəhərində təhsil almış və Rusiyada hərbi xidmət keçmiş 1967-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olan Zülfi Kərimovdur. O, 1985-i ildə Azərbaycan Neft və Kimya institutuna daxil olmuş, daha sonra Sovet Ordusu sıralarına çağrılmışdır. Xidmətdən sonra təhsilini davam etdirməklə yanaşı o, Bibiheybətneft NQÇİ-də fəhlə işləməyə başlamışdır. Qarabağ münaqişəsi başlanan ilk vaxtlardan könüllü olaraq cəbhəyə yollanmış, müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişdir. Cəsur kəşfiyyatçı olmuş, ona baş leytenant rütbəsi verilmişdir.

1994-cü ildə Ağdam rayonunun Seysulan kəndi yaxınlığında kəşfiyyat zamanı minaya düşmüş və həlak olmuşdur. Subay idi. Ölümündən sonra anadan olduğu Qızılağac kənd orta məktəbinə onun adı verilmiş, vaxtı ilə işlədiyi Bibiheybət neft NQÇİ-nin həyətindəki xatirə abidəsində ona həsr olunan guşə yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyul 2011-ci il tarixli, 1552 saylı sərəncamı ilə Zülfi Habil oğlu Kərimov (ölümündən sonra) ?Vətən uğrunda medalı ilə təltif olunmuşdur.

Allah şəhidimizə rəhmət eləsin!

müəllif : Səbinə Kərimova