Fars-molla rejimi həmişə terror yuvası olub

85

Sosialmedia.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Fars-molla rejimi həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir, bu sahədə özünəməxsus təcrübəsi var deyə qeyd edib.

Millət vəkili İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını bildirib:

Bu hadisə bizi həddən artıq hiddətləndirmişdir və əlbəttə, Azərbaycan Respublikası rəsmi Tehrandan obyektiv araşdırma gözləyir. Hərçənd, rəsmi Tehran bizim tanıdığımız, bildiyimiz rəsmi Tehrandırsa, onun obyektiv araşdırmasına inam yox dərəcəsindədir”.

Q.Paşayeva vurğulayıb ki, hadisəni törədən terrorçunun guya erməni olmasının deyilməsi İran xüsusi xidmət orqanının öncədən düşündüyü və xəbər dövriyyəsinə daxil etdiyi ağ yalandır:
İran ya ləyaqətsizliyi rəsmən boynuna alacaq, ya da özündə siyasi iradə, beynəlxalq hüquqa hörmət hissi tapıb, konkret hüquqi addımlar atacaqdır!

Şəhidimizə rəhmət, bayrağımıza ucalıq diləyirəm!”