Terror hücumunu qətiyyətlə pisləyirik

77

Azərbaycan Respublikasının İrandakı səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik.

Sosialmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitterdə yazıb.

“Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır”, – o bildirib.