Milli Məclisin sədri Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb- ÖZƏL

97

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ilə görüşüb.

Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirakdan məmnunluğunu bildirərək, bu cür platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb.

İslam dünyasının üzvü olan hər iki ölkənin müsəlman dövlətləri arasında qarşılıqlı dəstəyin və həmrəyliyin inkişafında, İslam dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayan Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığını qeyd edib. O, Malayziyanın daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.