Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı paylaşım

85

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında Gənclər Günü münasibətilə paylaşım edib.

Sosialmedia.az xəbər verir ki, “GənclərGünü” həştəqi ilə edilən paylaşımda deyilir:

“Qoy hər bir gəncimiz öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsan!”