ABŞ Türkiyəni Rusiyaya mal ixracını dayandırmağa çağırıb – ÖZƏL

273

Sosialmedia.az xəbər verir ki, ABŞ Türkiyədən Rusiyaya mal ixracını dayandırmağı tələb edir, çünki amerikalıların fikrincə, bu, Moskvaya Ukraynadakı münaqişəni davam etdirməyə kömək edir.

ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson bu həftə Türkiyə rəsmiləri ilə görüşdə belə bir xəbərdarlıq edib. Yaxın həftələrdə Ankaranı ABŞ sanksiyalarına əməl etməyə məcbur etmək üçün Aİ və ABŞ-dan daha çox səfərlər gözlənilir.

Mənbələrə görə, 2022-ci ilin mart-oktyabr aylarında türk ixracatçıları Rusiyaya təxminən 800 milyon dollar dəyərində mal göndərib.

Bu arada Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl bildirib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, çünki bu, Ankaraya Rusiyadan daha çox ziyan vuracaq.

Səbinə Kərimova
Sosialmedia.az