“Özümüzü kəşf edək” layihəsi davam edir-ÖZƏL

385

Azərbaycan Gənclər fondunun maliyyə yardımı ilə, Əlilliyi olan uşaq və gənclərin İdmana inteqrasiyası İctimai Birliyinin, “Özümüzü kəşf edək” layihəsi çərçivəsində 3 ay olmaqla, tədbirlərimiz davam edir.

Bu barədə Sosialmedia.az-a layihə və təşkilat sədri Aynur Məmmədova məlumat verib. Onun sözlərinə görə, layihə altı tədbirdən ibarətdir.

Tədbirlər psixoloq və ingilis dili təlimləri, ekskursiya Heydər Əliyev müzeyinə ziyarət, intellektual oyunları, vətən müharibəsi qaziləri ilə gənclərin görüşü və sonda bütün keçirilən tədbirlərin təddimatı keçiriləcəyini məlumat verdi. Bu layihədə iştirak edən şəxslər həssas qrupdan olan fiziki məhdudiyyətli gənclərdir. Tədbirlərimizin keçirildiyi yerlər məkan olaraq, Binəqədi Gənclər evi və Sabunçu gənclər evidir.

İlk tədbir psixolq təlimi olmuşdur ki, burada 40 dan çox fiziki məhdudiyyətli gənclər iştrak edirdi. Psixolqlar İntellect Akademiyasının rəhbəri, Fərqanə Mehmanqızı və CİBS təlim və psixologiya mərkəzinin psixoloqu, Rübabə Mərdanovanın söhbəti zamanı, onları narahat edən ən çox özünə güvən hissinin aşağı olması, özünə qapanma, cəmiyyət tərəfindən üzləşdikləri bir çox problemlərlə üzləşdiklərini söyləmişdilər.
2-ci tədbirimiz İngilis dilinin təlimi və təbliği mövzusunda təşkil olunmuşdur. İngilis dili təlimçisi Bakı Dövlət Unverstetinin doktorantı, Günay Əkbərova fiziki məhdudiyyətli yeniyetmə və gəncləri ingilis dilininin təbliğini əylənərək öyrətməyə nail oldu. Bu cür uslubda öyrənmək gənclərimzdə daha çox ingilis dilini öyrənməyə həvəs yaratmışdır. Fiziki məhdudiyyətli gənclərimiz arasında, İngilis dilini davamlı öyrənilməsi üçün, Günay Əkbərova tərəfindən onlayın keçirilməsi təşkil olnumuşdur.

3-cü tədbirimiz isə Ekskursiya Heydər Əliyev muzeyinə həssas qrupdan olan gənclərlə bərabər valdeyinlərin də ziyatəti təşkil edilmişdir. Bu ziyarət eyni zamanda 2023-cü il Heydər Əliyev il mayın 10-da Azərbaycan xalqının Ümumi Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibəti ilə təsadüf etməsi gənclərimiz üçün daha qürur verici olmuşdur. Ziyarət zamanı ümumilikdə 120 nəfər iştrak etmişdir. Heydər Əliyev mərkəzinin nümayəndələri bizi çox gözəl qarşılıyaraq,mərkəzin 4 mərtəbəsində olan bütün eksponatlarla, təşkilatın iştirakçılarını tanış etdilər.
Növbəti tədbirimiz intellektual oyunları nəzərdə tutulmuşdur. Bu oyunlar da fiziki məhdudiyyətli gənclər arasında keçirilərək, onlar arasında rəqabət, özünə güvən, isdedad və bacarıqlarını üzə çıxaracaqdır. Qalib olan komandalar medal, diplom və hədiyyələrlə mükafatlanacaqlar, qalan iştrakçılara da sertifikat və hədiyyələr təqdim olunacaqqdır.

Bu cür layihələrin həyata keçməsində, maliyyə dəstəyi göstərən Gənclər Fonduna bir daha təşəkkürümzü bildiririk.