Prezidentin tapşırığına uyğun olaraq, FHN-in növbəti humanitar yardım karvanı Türkiyəyə yola salınıb- Özəl

328

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan xüsusi təyinatlı nəqliyyat vasitələri qardaş ölkəyə yola düşüb.

FHN-in 16 ədəd nəqliyyat vasitəsilə zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 830 ədəd çadır və 279 ədəd qızdırıcı yola salınıb.