Siyasi və ictimai fəal xanim Gūnay Agamalının özəl gūnūdūr-ÖZƏL

207

Sosialmedia.az xəbər verir ki, Ana Vətən Partiyasının kommunikasiya məsələləri üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri Günay Ağamalının doğum günüdür.

Günay Ağamalı 1983-cü il fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Bakı şəhəri, N.Nərimanov rayonu, 36 saylı orta məktəbini, Qərb Universitetinin İngilis dili – Tərcümə ixtisası üzrə bakalavr pilləsini, Azərbaycan Dillər Universitetinin İngilis dili üzrə tərcümə ixtisasını magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Gūnay Ağamalı çox aktiv və ictimai fəal olan xanımlardandır. O, həm də BUTA” körpələr evi – uşaq bağçasının direktoru, “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədridir.

Gūnay xanım öz sevdiyi sahədə çalışır və onun çətinlikləri onu əsla qorxutmur. O,qeyd edir ki, qarşıma çıxan çətinliklər məni yolumdan çəkindirmir, əksinə, yorulmadan fəaliyyət göstərdiyim sahəyə töhfə vermək üçün bütün bunlar mənə stimul verir. Uşaqların əhatəsində olmaq, onlarla çalışmaq insanı bütün neqativlərdən uzaqlaşdırır. Sanki, tam başqa bir dünyadasan. Fidanlar dünyanın bütün pisliklərindən uzaqdılar, hər biri ayrı dünyadır. Onlarla ünsiyyət, onlardan aldığın isti münasibət, verdikləri sevgi o qədər xoşdur ki, bunu sözlə ifadə etmək mümkün deyil.

Azərbaycan xanımları dünyanın ən böyük əzmkar, fədakar, zəhmətkeş, gözəl, kübar xanımlarıdır.Gūnay xanımda məhz belə xanımlardandır.

Qorxmaz,əzimli,istedadlı və olduqca kūbar.
Biz də Sosialmedia.az komandası olaraq. Gūnay xanımı doĝum gūnū münasibəti ilə təbrik edirik. Ona siyasi və ictimai fəaliyyətin də uğurlar arzulayırıq.

Sosialmedia.az
Səbinə Kərimova