ABŞ və İran hakimiyyəti məhbusları dəyişdirmək niyyətindədir-ÖZƏL

91

ABŞ prezidenti Co Baydenin administrasiyası İranla mümkün məhbus mübadiləsi ilə bağlı dolayı danışıqlar aparır.

Sosialmedia.az xəbər verir ki, Bu barədə sosial şəbəklərdə məlumat yayılıb.

Materialda danışıqların Böyük Britaniya və Qətərin vasitəçiliyi ilə aparıldığı bildirilir.

Mənbələrin bildirdiyinə görə, sövdələşmənin bir hissəsi kimi ABŞ İranın hazırda Cənubi Koreyanın bank hesablarında ABŞ məhdudiyyətləri səbəbindən dondurulmuş maliyyə aktivlərini aça bilər. Telekanalın məlumatına görə, üç ABŞ vətəndaşı İran həbsxanalarında cəza çəkir.

“Danışıqlarda irəliləyiş var, lakin yekun razılığın əldə edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır”, -qeyd olunur.

Bundan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyalarının qanuniliyi beynəlxalq hüquq baxımından şübhəlidir.