Cənubi Koreyanın məşhurları zəlzələdən zərər çəkənlərə yardım topladılar-ÖZƏL

154

Sosialmedia.az xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə dağıntılara səbəb olub. Zəlzələ fəlakətində bir çox binanın uçması nəticəsində minlərlə vətəndaş həyatını itirdi. Zəlzələ fəlakətindən sonra beynəlxalq aləm hər kəsi yardıma səsləyib. Çağırışa səssiz qalmayan Cənubi Koreyadan olan məşhur isimlər zəlzələdən zərər çəkən Türkiyə və Suriya üçün ianə ediblər.

Cənubi Koreyanın tanınmış simaları UNİCEF vasitəsilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün külli miqdarda ianələr bağışlayıblar. Cənubi Koreyanın ən məşhur adları arasında yer alan musiqi şirkətləri, eləcə də aktyorlar maddi yardıma səssiz qalmayıb. Bunlar içində aktirisa SUZY -100 milyon Won (1.486.497 TL), HAN Jİ MİN – 100 milyon Won (1.486.497 TL), YİM Sİ WAN -10 milyon Won (148.654 TL), eləcə də SM-EĞLENCE ŞİRKETİ 200 milyon Won (2.973.082 TL),HYBE MÜZİK-500 milyon Won (7.432.707 TL),JYP MÜZİK-500 milyon Won (7.432.707 TL) və başqaları.