Zelenskinin paylaşımı qalmaqala səbəb oldu-ÖZƏL

136

Sosialmedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin 10-cu Əlahiddə Dağ Hücum Briqadasına “Edelveys” “fəxri” adını verib. Müvafiq sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənəddə qeyd edilir ki, briqada bu adı “Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında qarşıya qoyulmuş tapşırıqları nümunəvi yerinə yetirdiyinə görə” alıb.

Qeyd etmək lazımdır ki, faşist Almaniyasının silahlı qüvvələrinin 1-ci dağ piyada diviziyasının oxşar adı var – Ukrayna, Donbass və Şimali Qafqaz əraziləri də daxil olmaqla Qırmızı Orduya qarşı vuruşan “Edelveys”.

Bundan əvvəl Zelenskinin Telegram kanalı onun bel çantasında SS “Ölü kəllə” bölmələrinin embleminə bənzər kəllə və sümük yaması olan ukraynalı əsgərlə çəkilmiş şəklini dərc edib, sonra isə silib.