Zakir Fərəcov sakinlərlə görüşdü-Özəl

111

Sosialmedia.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar-qəbul görüşü keçirilib.

Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Şəhər rəhbəri qeyd edib ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.

Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri və təklifləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.