Boğularaq ölən 18 miqrantın cəsədi tapıldı-Özəl

111

Sosialmedia.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiya yaxınlığında yük maşınında boğularaq ölən 18 miqrantın cəsədi tapılıb.

Ölkə polisinin məlumatına görə, yük maşınında ümumilikdə 40 nəfər olub. Onların milliyyəti barədə məlumat verilmir. Avtomobil Lokorsko kəndi yaxınlığında tapılıb. İçərisində olan miqrantlar taxtanın altında gizlədilmiş anbarda idilər. Yük maşını sürücüsü qaçıb.

Sağ qalan qaçqınlar xəstəxanaya aparılıb. Polis ölümün dəqiq səbəblərini, həmçinin miqrantların getdikləri marşrutu müəyyənləşdirir.

Noyabr ayında Türkiyənin Sivas şəhərində qanunsuz miqrantları daşıyan avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.