Sumqayıt şəhərinin bəzi hissələrində su təchizatı dayandırılıb- Özəl

98

Sumqayıt şəhərinin bəzi hissələrində su təchizatı dayandırılıb.

Sosialmedia.az xəbər verir ki, fasilə Saray su anbarından gələn d600mm-lik magistral su xəttində və şəhərin 11-ci mikrorayon ərazisində baş vermiş qəza ilə əlaqədardır. Şəhərin 1-ci mikrorayonunun bir hissəsində, 2, 4, 5, 6, 11,12, 13-cü mikrorayonlarda, 17-ci mikrorayonda 5 mərtəbələrdə, eləcə də 5, 9, 34, 45-ci məhəllələrdə müvəqqəti olaraq su təchizatı məhdudlaşdırılıb.

Suyun verilişi fevralın 23-ü günün birinci yarısı bitənədək bərpa ediləcək.