Xocalı soyqırımının təşkilatçıları niyə hələ də cəzasız qalıb? -Əkrəm Bəydəmirli-ÖZƏL

403

Xocalı soyqırımının təşkilatçıları və iştirakçıları bu vaxta qədər niyə görə hüquqi məsuliyyətə cəlb olunmayıb?

Sosialmedia.az xəbər verir ki, bu sõzləri Sosial Rifah və Tədqiqatlar Ictimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.

O,qeyd edir ki, bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimləri, ABŞ-ın müxtəlif ştatları Xocalı hadisələrinə qiymət verərək soyqırım aktı kimi tanıyıblar. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müsbət haldır. Lakin yetərli deyil. Həmin hadisələrə siyasi qiymət verib tanımaq, soyqırımı törədənləri pisləmək mövcud reallıq baxımından zəruri olsa da, hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün cinayət varsa cəza mexanizmi işə düşməlidir.

Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu, belə də olmalıdır. Yalnız Xocalı hadisələrinin ildönümü günlərində deyil, hər zaman biz bu tədbirləri beynəlxalq ictimaiyyəti maraqlandıracaq formada təşkil etməliyik. Burada bütün vasitələrdən yararlanmaq lazımdır. Ancaq bu təbliğat üsulları ilə bərabər daha ciddi mexanizmlər üzərində çalışmaq lazımdır. Nəhayət, Xocalı məsələsini hüququ müstəviyə çıxarmaq zərurəti yaranıb. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur. Təbii ki, buna görə də Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır.

Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Xocalı hadisələri zamanı dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxsləruin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir.
Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistan dövləti məsuliyyət daşıyır. Məhz bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, bizim fəaliyyətimiz hüquqi müstəvidə davam etməlidir.

Necə ki, II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı.

Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir.

Hətta onu da qeyd edim ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu. Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi. Belə nümunələri xeyli artırmaq olar, Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün müharibə cinayətləri, bu cinayətlərin birbaşa günahkarları sivil dünyanın, ümumilikdə götürsək bəşəriyyətin maraqlarına toxunur.

Xocalı soyqırımında dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.