“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi yeni layihənin icrasına başladı- Özəl

104

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi yeni layihənin icrasına start verib.

Sosialmedia.az -a bu barədə birliyin mətbuat xidmətindən bildirilib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edərək Zəfərlə başa çatan Vətən müharibəsi ilə Azərbaycan tarixinə növbəti şanlı səhifə yazıldı. Elə ilk günlərindən döyüş əməliyyatlarına qatılan və misli görünməmiş qəhrəmanlıqlar göstərən igidlərimizdən biri də şəhid polkovnik-leytenant Rəşad Quliyevdir. Bu layihə zamanı “Canavar” ləqəbli şəhid Rəşad Quliyevin xatirəsinin əbədiləşdirilməsi və tanıdılması məqsədi ilə onun şərəfli həyat və döyüş yoluna həsr edilmiş film çəkiləcək və təqdimatı keçiriləcək.
Hesab edirik ki, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin tanıdılması, xatirəsinin əbədiləşdirilməsi hər birimizin borcudur.